Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dekabrda 21 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Dekabrda 21 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Dekabrda 21 faydalı qazıntı yatağı hərraca çıxarılacaq


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən dekabrın 15-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Dövlət Xidmətindən Trend-ə bildirilib ki, hərracda investorlara Balakəndə yerləşən “Katexçay” (9 ha), “Balakənçay II” (10 ha), “Paşan” (13 ha), “Balakən” (2,5 ha), Şamaxıda “Yuxarı Pirsaatçay” (49,5 ha), Oğuzda “Muxas-Daşağılçay” (15 ha), Şəkidə “Şəki” (10 ha), Qubada “Qudyalçay” (11,5 ha), “Səbətlər” (10 ha), Abşeronda “Umbaki” (1,36 ha), “Güzdək” (1 ha), Yevlaxda “Gülövşə” (20 ha), Siyəzən “Gilgilçayın cənub-qərb cinahı”, (4 ha), Tovuzda “Aşağı Zəyəmçay” (3,77), Füzulidə “Dövlətyarlı” (3 ha), İsmayıllıda “Təzəkənd” (10 ha), “Ağbulaq” (6 ha), “Göyçay I” (10 ha), Qəbələdə “Türyançay III” (3 ha), Goranboyda “Yuxarı Ağcakənd” (6,9 ha), Şabranda “Baş Əmirxanlı” (0,68 ha) faydalı qazıntı yataqları təklif olunacaq.

İddiaçılar hərraclarda iştirakla bağlı sənədləri dekabrın 7-si saat 18:00-dək “Bakı KOB evi”nə (Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.



Geri dön