Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsrail ordusu Qəzzada HƏMAS-ın 10 yüksək rütbəli komandirini öldürüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İsrail ordusu Qəzzada HƏMAS-ın 10 yüksək rütbəli komandirini öldürüb

İsrail ordusu Qəzzada HƏMAS-ın 10 yüksək rütbəli komandirini öldürüb


Qəzza zolağında əməliyyat başlayandan bəri İsrail hərbçiləri Fələstinin HƏMAS radikal təşkilatının silahlı qüvvələrinin 10 yüksək rütbəli komandirini öldürüb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Xaqari məlumat verib.

“Biz HƏMAS-ın səhra komandirlərini yerin üstündə və altında təqib edir, məhv edirik. Döyüş əməliyyatları başlayandan biz Baş Təhlükəsizlik Xidməti ilə birlikdə rütbəsi briqada komandirinə uyğun olan HƏMAS-ın 10 terrorçusunu məhv etmişik. Bunlar qüvvələrimizə qarşı komandanlıq edən döyüş liderləridir”, - deyə o, brifinqində deyib.

Xaqarinin sözlərinə görə, öldürülmüş komandirlər oktyabrın 7-də İsrail ərazisinə hücumun planlaşdırılmasında iştirak ediblər və bu planları öz bölmələri ilə birlikdə həyata keçiriblər.

Geri dön