Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > TDT ölkələri Azərbaycan-Ermənistan normallaşma prosesini dəstəklədi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət, Türk dünyası-Turan > TDT ölkələri Azərbaycan-Ermənistan normallaşma prosesini dəstəklədi

TDT ölkələri Azərbaycan-Ermənistan normallaşma prosesini dəstəklədi


Qazaxıstanın paytaxtı Astanada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının (TDT) 10-cu Zirvə Toplantısının Astana Bəyannaməsi dərc olunub.

Bəyanatda bildirilib ki, liderlər türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, adət-ənənələri və dəyərləri əsasında TDT çərçivəsində çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək əzmində olduqlarını təsdiqləyiblər.

Bəyannamədə türk dünyasının maraqlarını narahat edən regional və beynəlxalq məsələlərdə vahid mövqe formalaşdırmaq üçün üzv ölkələrin məsləhətləşmələr aparmasının vacibliyi qeyd edilib.

Bundan başqa, bəyannamədə Azərbaycan və Ermənistan arasındakı münasibətlərin qarşılıqlı olaraq ölkələrin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qəbul edilməsi və hörmət əsasında normallaşdırılmasına verilən dəstək bir daha təsdiq edilib.

Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley sammiti keçirilib. TDT-nin nəqliyyat proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı, həmçinin, Astana Aktı və Astana Sammitinin Bəyannaməsi imzalanıb.

Geri dön