Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə Ordusu İraqın şimalında terrorçulara məxsus 15 hədəfi məhv edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyə Ordusu İraqın şimalında terrorçulara məxsus 15 hədəfi məhv edib

Türkiyə Ordusu İraqın şimalında terrorçulara məxsus 15 hədəfi məhv edib


Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirdiyi hava əməliyyatında 15 hədəfi məhv edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub: “BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək İraqın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq, sərhəd təhlükəsizliyimizi təmin etmək üçün İraqın şimalındakı Hakurk bölgəsində hava əməliyyatı həyata keçirilib. Nəticədə mağaralar, sığınacaqlar və anbarlar da daxil olmaqla ümumilikdə 15 hədəf anbarlar məhv edilib”.

Geri dön