Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyevin Zəfər Bayramı TƏBRİKİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyevin Zəfər Bayramı TƏBRİKİ

Fərəc Quliyevin Zəfər Bayramı TƏBRİKİ


Böyük millətimiz, əziz xalqımız!

Sizi qarşıdan gələn “Zəfər Bayramı” və “Bayraq Günü” münasibətləri ilə Milli Dirçəliş Hərəkatı olaraq təbrik edirik!

Qazanılan bu Zəfər sayəsində Bayrağımızın işğalda olan Vətən torpaqlarında yenidən dalğalanmasını görməkdən qürurlu heç nə ola biləz. Bu Zəfər millət olaraq qarşımızda duran milli hədəflərimizdən ən önəmlilərdən birinə çatmağımızdır. Milli hədəflər fəth edildikcə millət böyüyür ,böyük millətə çevrilir. Milli hədəflərdən birinə çatmağımız digər milli hədəflər uğrunda mübarizədə daha əzmli olmağımıza stimul verir. Bu qələbədən sonra Türk dövlətləri arasında əməkdaşlıq və birlik istiqamətində görülən işlərin miqyasının artması da təsadüfi deyil.
Qazandığımız Zəfər bizi “kiçik dövlətlər” sırasından artıq çıxarmışdır. “Böyük dövlət” adlandırılanların dünyaya qorxu saçan silahlarını əsir və yararsız şəkildə paradımızda öz bayraqlarımız altından keçirib, sonra da şəhərin mərkəzindəki Hərbi Qənimətlər Parkında sərgiləməyimiz “Böyük”-“Kiçik” anlayışlarını dəyişib artıq. Bu gün də bizə əzələ nümayiş etdirmək istəyən “Böyük”lərin sərhəddimizdə əzələ nümayişi iflasa uğrayır. Sabah isə Xankəndidə keçirəcəyimiz hərbi parad əsrin gövdə göstərisi olacaqdır..
Artıq hər kəs anlayıb ki,Azərbaycana düşmən kimi gələnlərə yalnız torpağımızın altında yer vardır. Təsadüfi deyil ki, 2020-ci ildə ilin ən döyüşkən xalqı elan olunduq. Buna biləyimizin gücü, dərin dövlət ağlı, Xalqımızın birliyi ilə nail olduq.
Bu qüruru bizə yaşadan Şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə şəfa, can sağlığı diləyirik.,Qələbəmizin baş memarı olan Ali Baş Komandanımızı, əsgər, zabit və generallarımızı, xalqımızı, hansı coğrafiyada yaşamasından asılı olmayaraq bütün Türk millətini təbrik edirəm!
İndi bizim Bayraq daha Ucadı.

Bütün Vətən torpaqlarında Bayrağımızın dalğalanması və bütün milli hədəflərimizə çatmağımız diləyi və iddiası ilə Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının sədri.

Geri dön