Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Avro-2025”: Azərbaycanın U-21 millisi Ukrayna ilə üz-üzə gələcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Avro-2025”: Azərbaycanın U-21 millisi Ukrayna ilə üz-üzə gələcək

“Avro-2025”: Azərbaycanın U-21 millisi Ukrayna ilə üz-üzə gələcək


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün “Avro-2025”in seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Yığmamız səfərdə Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qarşılaşmasını Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. İrakli Kvirikaşvili baş hakim olacaq. Giorgi Elikaşvili və Davit Çigogidz ona kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Giorgi Avazashvili yerinə yetirəcək.

Qeyd edək ki, Ukrayna kollektivi 12 xalla liderdir, Samir Əliyevin baş məşqçisi olduğu komanda isə 4-cü pillədə qərarlaşıb.

Geri dön