Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Avro-2024”: Xorvatiya final mərhələsində, Türkiyə qrup lideri olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Avro-2024”: Xorvatiya final mərhələsində, Türkiyə qrup lideri olub

“Avro-2024”: Xorvatiya final mərhələsində, Türkiyə qrup lideri olub


"Avro-2024"ün seçmə mərhələsinə yekun vurulub.

Son oyun günündə B, D və İ qruplarında, ümumilikdə, yeddi görüş baş tutub.

Final mərhələsinə vəsiqəni daha əvvəl təmin edən Türkiyə millisi D qrupundakı son matçında Uelsin qonağı olub. Matçda qalib müəyyənləşməyib - 1:1. Neko Uilyamsın 7-ci dəqiqədə vurduğu qola 70-ci dəqiqədə Yusuf Yazıcı penaltini dəqiq yerinə yetirməklə cavab verib. Qrupun digər oyununda Xorvatiya millisi evdə Ermənistana qalib gələrək, adını final mərhələsinə yazdırıb.

Gecənin digər matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb.

“Avro-2024”, seçmə mərhələ

X tur

21 noyabr

B qrupu

23:45. Cəbəllütariq – Niderland - 0:6

23:45. Yunanıstan – Fransa - 2:2

Xal durumu: Fransa – 22, Niderland – 18, Yunanıstan – 13, İrlandiya – 6, Cəbəllütariq - 0.

D qrupu

23:45. Xorvatiya – Ermənistan - 1:0

23:45. Uels – Türkiyə - 1:1

Xal durumu: Türkiyə - 17, Xorvatiya – 16, Uels – 12, Ermənistan – 8, Latviya - 3.

İ qrupu

23:45. Andorra – İsrail - 0:2

23:45. Kosovo – Belarus - 0:1

23:45. Rumıniya – İsveçrə - 1:0

Xal durumu: Rumıniya – 22, İsveçrə - 17, İsrail – 15, Belarus - 12, Kosovo – 11, Andorra - 2.

Geri dön