Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə ilə Əlcəzair arasında ticarət həcminin 10 milyard dollar olmasını hədəfləyirik – Ərdoğan
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyə ilə Əlcəzair arasında ticarət həcminin 10 milyard dollar olmasını hədəfləyirik – Ərdoğan

Türkiyə ilə Əlcəzair arasında ticarət həcminin 10 milyard dollar olmasını hədəfləyirik – Ərdoğan


Türkiyə ilə Əlcəzair arasında ticarət həcminin 10 milyard dollar olmasını hədəfləyirik.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ticarət həcmimiz keçən il əvvəlki ilə nisbətən 27 faiz artaraq rekord səviyyəyə - 5,3 milyard dollara çatıb. Bu ilin sonuna qədər ticarət həcminin altı milyard dollar olacağını gözləyirik. Əlcəzairdə fəaliyyət göstərən türk ortaqları olan 1 400-ə yaxın şirkət təxminən beş min əlcəzairli vətəndaşı işlə təmin edir” – deyə o qeyd edib.

Ərdoğan bildirib ki, Türkiyə Əlcəzairlə enerji sahəsində yeni tərəfdaşlıqlarla əməkdaşlığı artırmaq istəyir.

Geri dön