Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın dövlət sərhədini pozan şəxs saxlanıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycanın dövlət sərhədini pozan şəxs saxlanıldı

Azərbaycanın dövlət sərhədini pozan şəxs saxlanıldı


Dövlət sərhədini pozan Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, noyabrın 22-də saat 03:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Şirvanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Bakı şəhər sakini 2005-ci il təvəllüdlü Vəlizadə Nəriman Emin oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Geri dön