Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > NATO-nun baş katibi Şimali Koreyanı nüvə və raket proqramlarından imtina etməyə çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > NATO-nun baş katibi Şimali Koreyanı nüvə və raket proqramlarından imtina etməyə çağırıb

NATO-nun baş katibi Şimali Koreyanı nüvə və raket proqramlarından imtina etməyə çağırıb


NATO-nun baş katibi Yens Stoltenberq Şimali Koreyanın ballistik raket texnologiyasından istifadə edərək hərbi peyk buraxmasını pisləyib.

NATO-nun baş katibinin bəyanatında qeyd olunub.

"Bu, gərginliyi artırır, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaradır. Şimali Koreya ehtiyatsız davranışını dayandırmalı, nüvə və ballistik raket proqramlarından imtina etməli və vicdanlı diplomatiya ilə məşğul olmalıdır", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, Şimali Koreyanın addımları BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur.

Geri dön