Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfər edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfər edəcək

Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfər edəcək


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev noyabrın 23-24-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

O, BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək birinci sammitində iştirak edəcək.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci il martın 26-da yaradılıb.

Hazırda SPECA-nın iştirakçı dövlətləri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.

Bakıda noyabrın 20-dən 24-nə qədər SPECA-nın bir sıra biznes tədbirləri, o cümlədən iqtisadi forum və Mərkəzi Asiya ölkələrinin sənaye potensialının sərgisi keçirilir.

Geri dön