Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə terrorçu qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyədə terrorçu qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirildi

Türkiyədə terrorçu qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirildi


Türkiyədə separatçı-terrorçu qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından məlumat yayıb.

Onun sözlərinə görə, altı vilayətdə eyni vaxtda keçirilən “Qəhrəmanlar 30” əməliyyatı nəticəsində terrorçulara aid 63 sığınacaq məhv edilib, böyük miqdarda silah-sursat ələ keçirilib.

Silahlı pilotsuz uçuş aparatları, “Atak” helikopteri və bir çox digər hərbi texnikanın istifadə edildiyi əməliyyatda Türkiyə təhlükəsizlik qüvvələrinin çox sayda əməkdaşı iştirak edib.

Əməliyyatların Şırnak, Siirt, Kahramanmaraş, Diyarbakır, Muş və Tunceli vilayətlərində keçirildiyi bildirilir.

Geri dön