Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cuanşer Burçuladze: Gürcüstan Azərbaycan-Ermənistan dialoquna kömək etməyə hazırdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Cuanşer Burçuladze: Gürcüstan Azərbaycan-Ermənistan dialoquna kömək etməyə hazırdır

Cuanşer Burçuladze: Gürcüstan Azərbaycan-Ermənistan dialoquna kömək etməyə hazırdır


Gürcüstan Müdafiə Nazirliyi Cuanşer Burçuladzenin Bakıda azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla ikitərəfli görüşünə dair məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, tərəflər regionun qarşısında duran vəzifələri müzakirə ediblər.

Vurğulanıb ki, Cuanşer Burçuladze ölkəsinin “Dinc Qonşuluq Təşəbbüsü” çərçivəsində Azərbaycan və Ermənistan arasında dialoqa və etimadın möhkəmləndirilməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan hərbçilərinin Gürcüstanda keçirilməsi planlaşdırılan beynəlxalq təlim və kurslarda fəal iştirakı qeyd edilib.

Əlavə olunub ki, görüş zamanı ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığın, həmçinin ölkələrin və regionun inkişafına töhfə verəcək strateji səviyyəli görüşlərin mövcud dinamikasının saxlanılmasının vacibliyi qeyd olunub.

Geri dön