Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa İttifaqının hərbi xərcləri artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Avropa İttifaqının hərbi xərcləri artıb

Avropa İttifaqının hərbi xərcləri artıb


Ötən il Avropa İttifaqında hərbi xərclər rekord həcmdə artıb.

2022-ci ildə birlik ölkələrinin hərbi xərcləri 6 faiz artaraq 240 milyard avroya çatıb.

Bir çox ölkə Rusiya-Ukrayna müharibəsi fonunda bunun zəruri olduğunu deyir. Avropa İttifaqındakı hərbi xərclərin ardıcıl 8-ci ildir artdığı diqqət çəkir. Birliyə üzv olan 27 ölkədən 6-sı hərbi xərclərini 10% artırıb. NATO-ya qoşulmağa hazırlaşan İsveçdə isə bu göstərici 30%-dən çoxdur.

Hərbi xərclərin rekord səviyyədə artmasına baxmayaraq, Avropa İttifaqı Ukraynanın silah-sursat ehtiyaclarına cavab verməkdə çətinlik çəkir. Birlik ölkələri mart ayınadək Ukrayna üçün 1 milyon mərmi tədarük etməyə qərar versə, bu öhdəliyin reallaşmayacağı artıq dəqiqləşib. Rusiya isə gələn il hərbi xərcləri 67% artırmağı planlaşdırır.

Geri dön