Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çindən Azərbaycana blok qatarlarla yükdaşımalar bərpa edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Çindən Azərbaycana blok qatarlarla yükdaşımalar bərpa edilib

Çindən Azərbaycana blok qatarlarla yükdaşımalar bərpa edilib


Müəyyən fasilədən sonra Çindən Azərbaycana konteyner blok qatarı ilə ilk yükdaşıma həyata keçirilib.

Bu barədə “ADY Konteyner” MMC-dən məlumat verilib.

Siandan yola salınan qatar artıq Bakı limanına çatıb. Çindən ölkəmizə ümumikdə 110 TEU yük - elektrik avtomobilləri, tikinti materialları, sənaye məhsulları çatdırılıb.

Daşıma Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə, "Xian Free Trade Port Construction and Operation, KTZ Express və “ADY Konteyner” MMC-nin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

“ADY Konteyner” MMC yeni blok qatarların təşkili istiqamətində Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir.

Geri dön