Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda ərzaq təhlükəsizliyi üçün ayrılan vəsait açıqlandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanda ərzaq təhlükəsizliyi üçün ayrılan vəsait açıqlandı

Azərbaycanda ərzaq təhlükəsizliyi üçün ayrılan vəsait açıqlandı


Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi cənab Prezident tərəfindən hökumət qarşısında strateji vəzifə kimi qoyulub.

Bunu Baş nazir ƏIi Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Baş nazir bildirib ki, 2024-cü ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün 500 milyon manatdan çox vəsait nəzərdə tutulur.

“Ölkədə yerli istehsalın özünütəminetmədə rolunun artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Bu baxımdan ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması prioritet istiqamətlərdəndir.

Mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2024-cü ilin dövlət büdcəsindən 500 milyon manat vəsait ayrılacaq.

Eyni zamanda, Prezidentin ötən ay Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı imzalanmış fərmanları su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsinə imkan verəcək”, - deyə Baş nazir əlavə edib.

Geri dön