Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 74 yeni peşə təhsili proqramı hazırlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > 74 yeni peşə təhsili proqramı hazırlanıb

74 yeni peşə təhsili proqramı hazırlanıb


Son 5 ildə peşə təhsili müəssisələrinə tələbə qəbulu 50%-ə yaxın artıb.

Bunu Baş nazir ƏIi Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Baş nazir bildirib ki, peşə təhsili sistemində təhsil alanların 89%-i dövlət sifarişi əsasında təhsil alır.

"Əmək bazarının tələblərinə uyğun 74 yeni peşə təhsili proqramı hazırlanıb, 95 yeni ixtisas əlavə edilib.

Hazırda 4-cü Sənaye İnqilabı dövründə süni intellekt, yüksək texnologiyalar və rəqəmsal transformasiyaların təsiri altında bütün dünyada, həmçinin, Azərbaycanda əmək bazarında yeni, tam fərqli vəziyyət yaranır.
Ölkəmizdə müasir biliklərə malik yüksəkixtisaslı mütəxəssislərin, innovativ texnologiyaları mənimsəyən rəqabətqabiliyyətli kadrların hazırlanmasının vacibliyini nəzərə alaraq, bu istiqamətdə zəruri dəstək artırılacaq”, - deyə Ə.Əsədov əlavə edib.

Geri dön