Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyası istifadəyə verildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyası istifadəyə verildi

Dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyası istifadəyə verildi


Çin dünyada ilk 4-cü nəsil atom elektrik stansiyasını (AES) işə salıb.

Bu barədə Çin Xalq Respublikasının Dövlət Energetika İdarəsi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturlu qazla soyudulan reaktora malik “Shidaowan” qurğusu Şərqi Şandun əyalətində yerləşir. Qeyd olunub ki, AES 168 saat fasiləsiz sınaq rejimində işləyib və rəsmi olaraq kommersiya istismarına verilib.

"Bu, Çinin dördüncü nəsil nüvə enerjisi texnologiyalarının tədqiqi, inkişafı və tətbiqi sahəsində dünyanın aparıcı səviyyəsinə çatdığını göstərir", - idarənin saytında dərc olunan bəyanatda deyilir.

Qazla soyudulan reaktorun ən mühüm üstünlüyü onun elektrik enerjisi istehsalı sahəsində təhlükəsizliyidir və buna görə də belə atom elektrik stansiyalarının geniş perspektivləri var.

Geri dön