Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdoğan Yunanıstana səfər edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Ərdoğan Yunanıstana səfər edəcək

Ərdoğan Yunanıstana səfər edəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Yunanıstana işgüzar səfər edəcək.

Ərdoğanın Yunanıstana səfəri çərçivəsində iki ölkə arasında 20 müqavilənin imzalanması planlaşdırılır.

Məlumata görə, Türkiyə liderinin səfər proqramına yunanıstanlı həmkarı Katerina Sakellaropulu və Baş nazir Kiriakos Mitsotakislə görüşlər daxildir. Sonra iki ölkənin Əməkdaşlıq Şurasının plenar iclası olacaq.

Türkiyə Prezidentinin səfəri zamanı təhlükəsizliyin təmin edilməsinə 3,5 min nəfərdən çox polis əməkdaşı cəlb olunacaq.

Geri dön