Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycanda seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq

Azərbaycanda seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq


Gələn il Fövqəladə Hallar Nazirliyi ilə birlikdə yeni seysmik mikrorayonlaşdırma xəritəsi ilə bağlı tədqiqat aparılacaq.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, Yaponiyadan mütəxəssislər gələcək:

"Seysmik mikrorayonlaşma xəritəsi gündəmdədir. FHN əməkdaşları və yaponiyalı mütəxəssislərlə birgə gələn il işlərə başlanılacaq. Xəritənin tərtib olunması üzərində iş gedir".

Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov əlavə edərək bildirib ki, seysmik xəritələrlə yanaşı, Bakı və Abşeron yarımadasında seysmik riskləri araşdıran xəritə də olacaq:

"Yəni Bakı şəhərində 7 və daha yuxarı balda zəlzələ olacaqsa, onun hansı fəsadlarının olması burada göstəriləcək".

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

Geri dön