Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Macarıstanın baş naziri Zelenski ilə Ukraynanın Aİ-yə qəbulu məsələsini müzakirə edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Macarıstanın baş naziri Zelenski ilə Ukraynanın Aİ-yə qəbulu məsələsini müzakirə edib

Macarıstanın baş naziri Zelenski ilə Ukraynanın Aİ-yə qəbulu məsələsini müzakirə edib


Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxan Macarıstanın baş naziri Viktor Orban Buenos-Ayresdə Prezident Volodimir Zelenski ilə qısa görüş keçirib.

Hər iki siyasətçi Argentina Prezidenti Xavyer Mileyinin andiçmə mərasimində iştirak edib.

"Macarıstanın baş naziri və Ukrayna dövlətinin başçısı Argentina Prezidentinin Buenos-Ayresdə inauqurasiya mərasimində görüşüblər. Ukraynanın Aİ-yə daxil olması ilə bağlı cənab Orban qeyd edib ki, Aİ-yə üzv olan ölkələr bu məsələni daim müzakirə edirlər", - Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi bildirib.

Geri dön