Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Belarusda Azərbaycanın zəngin mədəniyyəti təqdim olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Belarusda Azərbaycanın zəngin mədəniyyəti təqdim olunub

Belarusda Azərbaycanın zəngin mədəniyyəti təqdim olunub


Azərbaycanın Belarusdakı səfirliyi “MAZ”-ın Mədəniyyət Sarayında təşkil olunan xeyriyyə yarmarkasında iştirak edib.

Səfirlikdən bildiriblər ki, Belarusda fəaliyyət göstərən diplomatların həyat yoldaşlarından ibarət Beynəlxalq Qadın Klubunun təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən xeyriyyə yarmarkasında ölkədə akkreditə olunan diplomatik nümayəndəliklər, yerli və xarici şirkətlər, bir sıra təhsil müəssisələri təmsil olunub.

Azərbaycan stendində ölkəmizin zəngin mədəniyyətini və turizm potensiallını əks etdirən kitablar, milli mətbəximizin bir sıra nümunələri, suvenirlər, miniatür xalçalar, eləcə də Azərbaycan məhsulları alıcılara təqdim edilib.

Qeyd edək ki, Azərbaycan stendi bu il də xeyriyyə bazarına gələnlər arasında çox böyük rəğbət və maraqla qarşılanıb.

Xeyriyyə yarmarkasında məhsulların satışından əldə olunan vəsait fiziki qüsurlu və yetim uşaqlara dəstək məqsədilə Beynəlxalq Qadın Klubuna ianə edilib.

Geri dön