Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aktau və Türkmənbaşı limanlarını Konstanta limanı ilə birləşdirən layihəyə start verilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Aktau və Türkmənbaşı limanlarını Konstanta limanı ilə birləşdirən layihəyə start verilir

Aktau və Türkmənbaşı limanlarını Konstanta limanı ilə birləşdirən layihəyə start verilir


“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner” dünyanın ən böyük gəmiçilik şirkətlərindən biri olan COSCO SHIPPING Lines-lə əməkdaşlıq çərçivəsində Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarını Rumıniyanın Konstanta limanı ilə birləşdirən yeni xidmətə start verir.

Bu barədə “ADY Konteyner” məlumat yayıb.

Bildirilib ki, “ADY Konteyner” və COSCO SHIPPING Lines-ın birgə layihəsi çərçivəsində Aktau və Türkmənbaşı limanları ilə Rumıniyanın Konstanta limanı arasında dəmiryolu və dəniz xətti ilə birgə daşımalar həyata keçiriləcək.

Layihə çərçivəsində “ADY Konteyner” şirkəti konteyner qatarlarını Aktau və Türkmənbaşı limanlarından Xəzər dənizi və dəmiryolu vasitəsilə Gürcüstanın Batumi limanına çatdırılmasını həyata keçirəcək. Konteynerlər Batumidən Rumıniyanın Konstanta limanına COSCO SHIPPING Lines-ın təqdim etdiyi gəmilər vasitəsilə daşınacaq.

Aktau və Türkmənbaşı limanları ilə Konstanta limanı arasında yeni dəmiryolu-dəniz əlaqəsi hazırkı mürəkkəb vəziyyətdə təchizat zəncirinin bütövlüyünü təmin edəcək, Çin və Orta Asiya ilə Avropanı sürətli və səmərəli xidmətlə birləşdirməyə şərait yaradacaq.

Geri dön