Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə çempionatında hakimə hücuma görə bütün oyunlar təxirə salınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan, İdman > Türkiyə çempionatında hakimə hücuma görə bütün oyunlar təxirə salınıb

Türkiyə çempionatında hakimə hücuma görə bütün oyunlar təxirə salınıb


Türkiyədə futbol matçından sonra hakim Halil Umut Melərin döyülməsinə görə bütün oyunlar qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi bildirib.

Mehmet Büyükekşi deyib ki, bu xain hücum təkcə hakimə deyil bütün türk futboluna qarşı edilən hərəkətdir.
Türkiyə Futbol Federasiyasının prezidenti qeyd edib ki, klub və onun idarəçiləri ən ağır şəkildə cəzalandırılacaq.

Geri dön