Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyir

Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyir


Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyir.

Bu barədə "X" sosial şəbəkəsində Ukrayna xarici işlər naziri Dmitri Kuleba yazıb.

"Azərbaycanlı həmkarım Ceyhun Bayramovla Prezident Volodimir Zelenskinin Sülh Formulasını və ikitərəfli əməkdaşlığımızı müzakirə etmək üçün görüşməkdən çox məmnun oldum. Mən Ukraynanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü, eləcə də Xəzər və Qara dənizlər arasında regional əməkdaşlığın inkişafı təşəbbüslərini dəstəklədiyini təsdiqlədim", - deyə D.Kuleba qeyd edib.

Qeyd edək ki, nazir Ceyhun Bayramov hazırda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Belçikada işgüzar səfərdədir.

Geri dön