Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qəzzadan Türkiyəyə təxliyələr davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Qəzzadan Türkiyəyə təxliyələr davam edir

Qəzzadan Türkiyəyə təxliyələr davam edir


Türkiyə Qəzza zolağından təxliyələri davam etdirir.

Oktyabrın 8-dən indiyədək Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşları, eləcə də onların ailə üzvləri olmaqla 1047 nəfər Qəzzadan təxliyə edilib.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin media müşaviri Öncü Keçeli bildirib.

Qeyd edilib ki, hazırda təxliyə olunmasını gözləyən vətəndaşların siyahısı mütəmadi yenilənir və aidiyyəti qurumlarla razılaşdırılır. Qəzzadakı bütün Türkiyə vətəndaşlarının təxliyəsini təhlükəsiz və tez bir zamanda başa çatdırmaq hədəflənir.

Bundan əlavə, Qəzzadan daha 68 xəstə müalicə üçün Türkiyəyə gətirilib. Onlardan 37-si körpə və uşaqdır. Səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, bununla da Türkiyəyə gətirilən fələstinli xəstələrin sayı 182 nəfərə çatıb. Bundan sonra daha çox xəstənin Türkiyəyə gətirilməsi ilə bağlı danışıqlar aparılır.

Geri dön