Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yağıntılı hava nə vaxtadək davam edəcək?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?


Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü axşamadək davam edəcəyi gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edək ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 2-6 dərəcə isti, Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olub.
Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Oğuz, Şəki, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Göyçay, Lerik, Sumqayıt, Pirallahı, Çilov adasında duman müşahidə olunub, görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.

Geri dön