Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azad edilən hərbçilərimiz evlərinə qayıdıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Azad edilən hərbçilərimiz evlərinə qayıdıblar

Azad edilən hərbçilərimiz evlərinə qayıdıblar


Bakı və İrəvan arasında əldə olunan razılıq əsasında azad edilmiş Azərbaycan hərbçiləri Hüseyn Axundov və Aqşin Bəbirov ailələrinin yanına qayıdıblar.

Bununla bağlı görüntülər AzTV televiziya kanalının reportajında ​​təqdim olunub.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistanın baş nazirinin aparatı tərəfindən yayılan bəyanata əsasən, Ermənistan A.Bəbirovu və H.Axundovy Azərbaycan tərəfinə təhvil verib. 32 hərbçi isə Ermənistan tərəfinə qaytarılıb.

Qeyd edək ki, hərbçilərimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşmüşdü. Sonradan məlum olmuşdu ki, onlar əsir düşüblər.


Geri dön