Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə terrorla mübarizədə ən uğurlu dövrünü yaşayır - milli müdafiə naziri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türkiyə terrorla mübarizədə ən uğurlu dövrünü yaşayır - milli müdafiə naziri

Türkiyə terrorla mübarizədə ən uğurlu dövrünü yaşayır - milli müdafiə naziri


Türkiyə istər ölkə daxilində, istərsə də sərhəddən kənarda terrorla mübarizədə ən uğurlu dövrünü yaşayır. Ölkə daxilindəki separatçı terror təşkilatı məhv olmaq həddinə çatdırılıb. Sərhədlərimizdə yaradılması arzulanan terror dəhlizi dağıdılıb. Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən bu ilin əvvəlindən indiyədək 2 min 67 terrorçu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.

Türkiyənin FETÖ terror təşkilatı ilə mübarizəsinin tam sürətlə davam etdiyini diqqətə çatdıran nazir bildirib ki, 2016-cı il iyulun 15-dən indiyədək FETÖ ilə əlaqəsi olması səbəbindən Türkiyə Silahlı Qüvvələri sıralarından 23 min 971 şəxs xaric edilib.

Geri dön