Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İqtidar partiyasından İran ayətullahının torpaq iddiasına cavab
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > İqtidar partiyasından İran ayətullahının torpaq iddiasına cavab

İqtidar partiyasından İran ayətullahının torpaq iddiasına cavab


“İranda prezidentliyə namizəd olan ayətullahın ölkəsinin indiki durumunda qonşu ölkələrə, o cümlədən Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi onun sərbəst təfəkkürə malik olmamasından xəbər verir”.
Bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov ayətullah Seyid Məhəmmədbaqir Xərrazinin Tacikistana, Azərbaycana və Ermənistana olan ərazi iddialı bəyanatına münasibət bildirərkən deyib. Əhmədov bunu sərbəst təfəkkürə malik siyasətçinin bəyanatı hesab etmir.
“İranın özünün bu gün beynəlxalq aləmdə çox ciddi problemləri var. İran əslində bu gün malik olduğu sərhədləri çərçivəsində qala bilib-bilməyəcəyi barədə düşünməlidir. Belə olan halda özünü İranda prezidentliyə real namizəd sayan birinin bölgənin siyasi xəritəsini dəyişmək iddiasına düşməsini ən yumşaq formada sərsəmlik adlandırmaq olar. Biz bunu ciddi bəyanat hesab etmirik”, – Əli Əhmədov bildirib.
Qeyd edək ki, ayətullah Seyid Məhəmmədbaqir Xərrazi bu yaxınlarda bəyan edib ki, sözdə İrandan ayrılmış torpaqların qaytarılması onun seçkiqabağı kampaniyasının əsas proqramı olacaq: “İrandan ayrılmış Tacikistan, Ermənistan və Azərbaycan torpaqlarını qaytaracağam”.

Geri dön