Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün “Qarabağ” Xankəndidə tarixi oyuna çıxır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, İdman > Bu gün “Qarabağ” Xankəndidə tarixi oyuna çıxır

Bu gün “Qarabağ” Xankəndidə tarixi oyuna çıxır


Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

Son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Xankəndidə olacaq. Tarixi oyunda “Qarabağ” I Liqa təmsilçisi MOİK-i sınağa çəkəcək.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.

Mərhələnin son oyunu isə Bakıda “Neftçi” və “Qaradağ Lökbatan” komandaları arasında baş tutacaq. “Neftçi Arena”dakı matç saat 18:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Qəbələ”, “Səbail” və “Zirə” komandaları 1/4 finala adlayıblar.

Geri dön