Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdoğan Vuçiçlə regional məsələləri müzakirə edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Ərdoğan Vuçiçlə regional məsələləri müzakirə edib

Ərdoğan Vuçiçlə regional məsələləri müzakirə edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandar Vuçiçlə telefonla danışıb.

Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Ərdoğan serbiyalı siyasətçini seçkilərdəki qələbə ilə əlaqədar təbrik edib. Telefon danışığında Türkiyə – Serbiya münasibətləri, qlobal və regional məsələlər müzakirə olunub.

“Prezident Ərdoğan yeni dövrdə də iki ölkə arasındakı güclü münasibətlərin və əməkdaşlığın inkişaf edərək davam edəcəyini söyləyib”, – məlumatda qeyd olunub.

Geri dön