Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistan XİN müavini müxtəlif təxribatçı açıqlamalarla prosesə mane olmağa çalışır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Qərbi Azərbaycan-İrəvan > Ermənistan XİN müavini müxtəlif təxribatçı açıqlamalarla prosesə mane olmağa çalışır

Ermənistan XİN müavini müxtəlif təxribatçı açıqlamalarla prosesə mane olmağa çalışır


Ermənistanın xarici işlər nazirinin müavininin növbəti anti-Azərbaycan açıqlaması bir daha onu göstərir ki, daşnak təfəkkürlü erməni diplomatları iki ölkə arasında münasibətlərin normallaşdırılması perspektivindən qətiyyən məmnun deyil və müxtəlif təxribatçı açıqlamalarla prosesə mane olmağa çalışırlar.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

"Nazir müavini “Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən təklif edilmiş prinsiplər əsasında sülh sazişini başa çatdırmaq istəmir” deməklə böyük yanlışlığa yol verir. Əvvəla, yalnız sülh danışıqları ilə bağlı Azərbaycan tərəfindən təklif edilmiş prinsiplər vardır. İkincisi, nazir müavini “beynəlxalq ictimaiyyət tərəfindən təqdim edilmiş prinsiplər” dedikdə 2023-cü ilin oktyabr ayında qəbul olunmuş Qranada bəyanatını nəzərdə tutursa, onda vurğulamaq istərdik ki, beynəlxalq ictimaiyyət yalnız Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqından ibarət deyil və Azərbaycanın iştirak etmədiyi bir görüşdə qəbul edilmiş hansısa sənədin onun üçün heç bir qüvvəsi yoxdur", - bəyanatda vurğulanıb.

Erməni diplomatın Qarabağ ermənilərinin qayıdışı fikri ilə bağlı isə bildirilib ki, bu proses qarşılıqlı olmalı, Qərbi azərbaycanlıların da Ermənistana qayıdışı təmin edilməlidir.

Geri dön