Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizdə ilk dəfə Leyli və Məcnun tamaşası Azərbaycan türkcəsində səhnəyə çıxacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Mədəniyyət, Güney Azərbaycan-Təbriz > Təbrizdə ilk dəfə Leyli və Məcnun tamaşası Azərbaycan türkcəsində səhnəyə çıxacaq

Təbrizdə ilk dəfə Leyli və Məcnun tamaşası Azərbaycan türkcəsində səhnəyə çıxacaq


Təbrizdə fevralın 9-dan martın 10-a qədər Leyli və Məcnun əsəri türk dilində səhnəyə çıxacaq. Tamaşa Təbrizin Səyyar Teatr Qrupu tərəfindən səhnələşdirilib.

Təbriz Teatrı veb səhifəsinin yazdığına görə, tamaşanın məşqləri 2012-ci ilin oktyabrında başa çatıb vəhazırda baxış və gözdən keçirmə işləri aparılır.
Rejissor və yazıçı Əli Əsgər Milaninin rəhbərliyi ilə Leyli və Məcnun tamaşasının məşqlərində tanınmış azərbaycanlı yazar və şair Ülkər Ucqar tərcüməçi kimi iştirak edib.
Rza Gülavər, Rüqəyyə Vəlipur, Sanaz Nəzəri, Kamyar Şəkibayi, Səid Cilvəgəri, Leyla Babayi və Vəhidə Nəvidinin iştirak etdiyi tamaşa Təbrizin İncəsənət və Kültür Kompleksində səhnəyə qoyulacaq. Leyli rolunu aktrisa Leyla Babayi ifa edir.
Qeyd edək ki, Güney Azərbaycan şəhərlərində səhnələşdirilən tamaşalar əsasən fars dilində olur, Azərbaycan türkcəsində tamaşaların səhnələşdirilməsi nadir hallardandır.

Geri dön