Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Neftçi” darmadağınla 1/4 finala yüksəldi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Neftçi” darmadağınla 1/4 finala yüksəldi

“Neftçi” darmadağınla 1/4 finala yüksəldi


Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Raundun son oyununda “Neftçi” meydançaya çıxıb.

“Ağ-qaralar” I Liqa təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzə gəlib. “Neftçi Arena”da baş tutan matçda “Neftçi” rəqibini 4:0 hesabı ilə darmadağın edib. Elita komandasının heyətində 23-cü dəqiqədə penaltidən Aaron Olanare, 77-ci dəqiqədə Yeqor Boqomolski, 80-ci dəqiqədə Andre Şinyaşiki fərqləniblər. "Qaradağ Lökbatan"da Murad Qayalı 72-ci dəqiqədə avtoqol müəllifi olub.

“Neftçi”nin 1/4 finaldakı rəqibi “Sumqayıt” olacaq. Bu mərhələnin oyunları yanvarın 30-31-də və fevralın 6-7-də keçiriləcək.

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Qəbələ”, “Səbail”, “Zirə” və “Qarabağ” 1/4 finala yüksəliblər.

Geri dön