Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çexiyada universitetdə atışmada 15 nəfər ölüb, 30 nəfər yaralı var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Çexiyada universitetdə atışmada 15 nəfər ölüb, 30 nəfər yaralı var

Çexiyada universitetdə atışmada 15 nəfər ölüb, 30 nəfər yaralı var


Çexiyanın paytaxtı Praqada Çarlz Universitetinin incəsənət fakültəsinin binasında atışma olub, ölənlər və yaralananlar var.

Bu barədə Çexiya polisinin rəsmi "X" hesabında məlumat verilib.

“Hazırda universitet binasında baş verən atışma ilə bağlı Jan Palaç meydanına müdaxilə edirik. Bütün bölmələrimiz hadisə yerinə gedir. İlkin məlumatlara əsasən, hadisə yerində ölən və yaralananların olduğunu təsdiqləyə bilərik", - polis sosial şəbəkədə yazıb.

Polis Jan Palaç meydanındakı binanın ətrafını bağlayıb. Mərkəzdə tramvay hərəkəti məhdudlaşdırılıb, xətlər alternativ yollarla yönləndirilir.

"Denik N" xəbər saytının məlumatına görə, polis tələbələri evakuasiya edir. Daxili işlər naziri Vit Rakuşanın hadisə yerinə getdiyi bildirilir.

Praqa şəhərinin meri hadisəni törədən şəxsin intihar etdiyini deyib.

Geri dön