Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qriqoryan İran XİN başçısı ilə müzakirə edilən məsələləri açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Qriqoryan İran XİN başçısı ilə müzakirə edilən məsələləri açıqlayıb

Qriqoryan İran XİN başçısı ilə müzakirə edilən məsələləri açıqlayıb


Ermənistan və İran siyasi dialoqun ən yüksək səviyyədə davam etdirilməsini vacib hesab edir.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla bağlı görüşünə dair "Facebook" hesabında paylaşımında bildirib.

"Biz iki dost ölkə arasında qarşılıqlı hörmətin və iki xalqın minillik qardaşlığı əsasında qurulmuş yüksək səviyyəli siyasi dialoqun davamlılığının vacibliyini minnətdarlıqla vurğuladıq. Görüşdə ikitərəfli iqtisadi və təhlükəsizlik əlaqələri ilə bağlı məsələləri müzakirə etdik, bu çərçivədə hər ikimiz Ermənistan və İran arasında əməkdaşlığın dərinləşməsini və bu istiqamətdə fəal addımların atılmasını qeyd etdik", - Qriqoryan qeyd edib.

O əlavə edib ki, tərəflər görüşdə Ermənistan hökumətinin təqdim etdiyi “Sülh yollarının kəsişməsi” layihəsini də müzakirə ediblər.

Geri dön