Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 30 dekabr qısaldılmış iş günü olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > 30 dekabr qısaldılmış iş günü olacaq

30 dekabr qısaldılmış iş günü olacaq


Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 2023-cü il 9 dekabr tarixli Qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla əlaqədar beşgünlük, həmçinin altıgünlük iş həftəsində 30 dekabr tarixi bayramqabağı iş günü olduğundan iş yerlərində (Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla) həmin iş gününün müddəti bir saat qısaldılır.

“Əmək və Məşğulluq” altsistemində bu barədə işəgötürənlər üçün məlumat da yerləşdirilib.


Geri dön