Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ və İsrail müdafiə nazirləri Qəzzanı müzakirə ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > ABŞ və İsrail müdafiə nazirləri Qəzzanı müzakirə ediblər

ABŞ və İsrail müdafiə nazirləri Qəzzanı müzakirə ediblər


ABŞ-nin müdafiə naziri Lloyd Ostin və onun israilli həmkarı Yoav Qalant telefon danışığında Qəzza zolağında vəziyyətin sabitləşdirilməsinə yönəlmiş tədbirlərə hazırlığı müzakirə ediblər.

Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.

P.Rayder qeyd edib ki, L.Ostin və Y.Qalant "İsrailin Qəzzada hərbi kampaniyası və genişmiqyaslı hərbi əməliyyatlardan sonra gələcək sabitləşmə mərhələsinə hazırlıqları" müzakirə ediblər.

"Nazir [Ostin] ABŞ-ın İsrailin təhlükəsizliyinə HƏMAS tərəfindən daha təhdid edilməməsini təmin etmək əzmində olduğunu bir daha təsdiqlədi və həmçinin Qəzzadakı mülki əhalinin qorunmasının və humanitar yardımın sürətləndirilməsinin vacibliyini vurğuladı", - deyə o bildirib.

Geri dön