Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pakistanda Yeni il şənliklərindən imtina ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Pakistanda Yeni il şənliklərindən imtina ediblər

Pakistanda Yeni il şənliklərindən imtina ediblər


Pakistan Yeni ili Fələstinlə həmrəy olaraq qeyd etməkdən imtina edib.

Bu barədə Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakar deyib.

"Pakistan xalqı qəm içindədir. Buna görə də Pakistan hökuməti vəziyyəti nəzərə alaraq, Yeni illə bağlı bütün şənlikləri qadağan etmək qərarına gəlib", - deyə siyaşətçi bildirib.

Baş nazir həmçinin vurğulayıb ki, Pakistan Qəzza zolağına iki partiya humanitar yardım göndərib və üçüncünü göndərməyə hazırlaşır. Bundan əlavə, o xatırladıb ki, Pakistan rəhbərliyi Qəzzaya yardım göstərmək üçün mütəmadi olaraq Misir və İordaniya hakimiyyətləri ilə əlaqə saxlayır.

Geri dön