Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı deputat Siyavuş Novruzova məktub yazdı: “Qarabağ üçün ürəyiniz darıxmır?” - MESAJ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > İranlı deputat Siyavuş Novruzova məktub yazdı: “Qarabağ üçün ürəyiniz darıxmır?” - MESAJ

İranlı deputat Siyavuş Novruzova məktub yazdı: “Qarabağ üçün ürəyiniz darıxmır?” - MESAJ


Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti, deputat Mənsur Həqiqətpur YAP rəsmisinə görüşmək təklif edib

İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti, deputat Mənsur Həqiqətpur YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovu bir sıra məsələlərlə bağlı debata dəvət edib. “Novruzxan” xitabı ilə başlayan müraciətində Tehran parlamentinin üzvü S.Novruzovu “yenidən İran və Azərbaycanda səmimi və qarşılıqlı müzakirəyə dəvət etməyi lazım bildiyini və təhrif olunmuş həqiqətlər” barədə müzakirə aparmaq istədiyini yazıb.

“Cənab deputat! Qarabağdan nə xəbər var? Gözəl Qarabağ torpaqları, onun dağları, çayları, bulaqları üçün ürəyiniz darıxmırmı? Onun azad olması üçün niyə bir hərəkət etmirsiniz?”-deyə həmkarına sual ünvanlayan Həqiqətpur məktubunda ATƏT-in həmsədrlərinin vasitəçiliyi ilə Qarabağa dair aparılan sülh danışıqlarına rişxənd edib.

“Siz və dövlət rəsmiləriniz də neçə illərdir ki, erməni işğalçıları ilə müzakirə stolu arxasında otururmusunuz ki, bəlkə Qarabağı geri ala biləsiniz. Amma işğalçıların bu müzakirələrlə bir ərazini öz həqiqi sahiblərinə qaytarmaları mümkün deyil”.

“Mən mərhum Heydər Əliyevin dövründə Azərbaycanın şərəfli xalqına kömək etdiyim kimi, indi də bu mövzuda İranda konfranslar keçirməyə və sizinlə birgə Qarabağın azad olması haqqında çarə yolu düşünməyə, fikir mübadiləsi aparmağa hazıram. Əlbəttə, İran xalqı və dövləti hamılıqla Qarabağın azad olunmasını istəyir”-deyə Həqiqətpur vurğulayıb.

Daha sonra bir sıra digər məsələlərə toxunan iranlı deputat S.Novruzovun cavabını səbirsizliklə gözlədiyini yazıb.

Geri dön