Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xankəndi və Xocalıda silah-sursat aşkarlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Xankəndi və Xocalıda silah-sursat aşkarlanıb

Xankəndi və Xocalıda silah-sursat aşkarlanıb


Xankəndi və Xocalıda silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 8-də Xankəndi şəhəri ərazisində 1 ədəd qumbaraatan, 1 ədəd pulemyot, 37 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 23 ədəd alışdırıcı, 7277 ədəd müxtəlif çaplı patron, 131 ədəd patron darağı, 12 ədəd süngü-bıçaq və digər döyüş sursatları aşkarlanıb.

Bundan başqa, Xocalı şəhəri ərazisində 30 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd qumbaraatan, 2 ədəd snayper, 10 ədəd qumbara, 1 ədəd tüfəng, 23300 ədəd patron, 23 ədəd patron darağı və 2 ədəd patron qatarı aşkar olunaraq götürülüb.

Geri dön