Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyənin milli müdafiə naziri Azərbaycanın Vətən müharibəsi iştirakçıları ilə görüşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyənin milli müdafiə naziri Azərbaycanın Vətən müharibəsi iştirakçıları ilə görüşüb

Türkiyənin milli müdafiə naziri Azərbaycanın Vətən müharibəsi iştirakçıları ilə görüşüb


Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qardaş ölkədə səfərdə olan bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısı ilə görüşüb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlikdə keçirilən görüşdə Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu, Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı Ziya Camal Kadıoğlu da iştirak edib.

Xatırladaq ki, Azərbaycanın bir qrup Vətən müharibəsi qazisi Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyədə səfərdədir.

Geri dön