Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Zaqreb Open”: Azərbaycanın iki güləşçisi bürünc medal qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > “Zaqreb Open”: Azərbaycanın iki güləşçisi bürünc medal qazanıb

“Zaqreb Open”: Azərbaycanın iki güləşçisi bürünc medal qazanıb


Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirində kişilərdən ibarət Azərbaycan millisinin iki üzvü bürünc medal qazanıb.

Yarışın ilk günündə 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Əliabbas Rzazadə Puerto-Riko təmsilçisi Jozef Silvaya 4:2 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.

Eyni çəkidə Nürəddin Novruzov israilli Daniel Popovu 7:3 hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub.

Geri dön