Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı nümayəndə “Qalatasaray”ın oyununa təyinat aldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycanlı nümayəndə “Qalatasaray”ın oyununa təyinat aldı

Azərbaycanlı nümayəndə “Qalatasaray”ın oyununa təyinat aldı


Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.

AVF-dən verilən məlumata görə, Gözəlbəyli kişi voleybolçular arasında Çelenc kubokunun 1/4 finalının cavab qarşılaşmasına supervayzer təyin edilib.

O, yanvarın 17-də İstanbulda keçiriləcək “Galatasaray HDI” (Türkiyə) - “FONTE BASTARDO” (Portuqaliya) klublarının oyununda hakimlərin işinə qiymət verəcək. Görüşün hakimləri bolqarıstanlı İvan Momirov və italiyalı Michele Brunelli olacaq.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Geri dön