Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Ordusunda komandir toplanışları davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Azərbaycan Ordusunda komandir toplanışları davam edir

Azərbaycan Ordusunda komandir toplanışları davam edir


Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandir toplanışları davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Toplanışlarda iştirakçılara müxtəlif mühəndis maneələri və minaaxtaran vasitələri ilə bağlı ətraflı məlumat verilib, piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi qaydaları izah edilib.

Bundan başqa, komandir heyətinə döyüş hazırlığı üzrə müxtəlif mövzularda məşğələlər nümayiş etdirilib.

O cümlədən şərti dayaq məntəqəsinin normativlərə uyğun olaraq tutulması tapşırıqları yerinə yetirilib.
Qeyd edək ki, toplanışlarda əsas diqqət Azərbaycan Ordusunda komandir heyətinin fərdi hazırlığının və peşəkarlıq səviyyələrinin artırılması, eləcə də liderlik keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib.


Geri dön