Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya Yəmənlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını keçirilməsini tələb edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Rusiya Yəmənlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını keçirilməsini tələb edib

Rusiya Yəmənlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını keçirilməsini tələb edib


ABŞ və müttəfiqlərinin Yəməndəki husilərin hədəflərinə zərbələr fonunda Rusiya BMT Təhlükəsizlik Şurasının yanvarın 12-də təcili iclasının keçirilməsini tələb edib.

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi bildirib.

"Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının yanvarın 12-də təcili iclasının keçirilməsini tələb edib", - deyə qeyd olunub.

Qeyd edək ki, ABŞ və müttəfiqləri Yəməndə husilərin hədəflərinə zərbələr endirməyə başlayıb.

ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunak hərbçilərin Yəməndə husi üsyançılarına qarşı silsilə zərbələrin endirməsini təsdiqləyiblər.

Geri dön