Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Qarabağ"ın rəqibi "Portu"ya uduzub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > "Qarabağ"ın rəqibi "Portu"ya uduzub

"Qarabağ"ın rəqibi "Portu"ya uduzub


"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında 17-ci tur oyununa çıxıb.

Artur Jorjenin komandası səfərdə "Portu" ilə üz-üzə gəlib. Görüş "Portu"nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

12-ci dəqiqədə Kardoso fərqlənib. 49-cu dəqiqədə isə Evanilson penaltini dəqiq yerinə yetirib.
"Portu" qələbə sayəsində xallarının sayını 38-ə çatdırıb və 3-cü pillədədir. "Braqa" isə 33 xalla dördüncüdür.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.

Geri dön