Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə Nazirlər Kabinetinin iclası keçiriləcək - Terrorla mübarizə müzakirə olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türkiyədə Nazirlər Kabinetinin iclası keçiriləcək - Terrorla mübarizə müzakirə olunacaq

Türkiyədə Nazirlər Kabinetinin iclası keçiriləcək - Terrorla mübarizə müzakirə olunacaq


Sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Nazirlər Kabinetinin iclası keçiriləcək.

Nazirlər Kabinetinin iclasında inflyasiya və qiymət artımı ilə mübarizə üçün atılacaq əlavə addımlar da müzakirə olunacaq.

Mərkəzi Bankın monetar sərtləşdirmə addımlarının bazarlara təsiri və ehtiyatlardakı son vəziyyət qiymətləndiriləcək.

İclasın digər gündəm məsələsi Türkiyənin antiterror əməliyyatlarıdır. Bu çərçivədə İstanbulda keçirilən təhlükəsizlik sammitindən alınan qərarlar Nazirlər Kabinetində də müzakirə olunacaq. Terror təşkilatı PKK-ya qarşı Suriya və İraqın şimalında və ölkədə davam edən əməliyyatlar müzakirə ediləcək.

Eyni zamanda, Nazirlər Kabinetinin iclasında İsrailin Fələstinə hücumları, Türkiyənin Qəzzada atəşkəsə nail olmaq üçün diplomatik təşəbbüsləri və Qırmızı dənizdəki gərginlik də müzakirə olunacaq.

Geri dön