Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qarabağ” “Zirə”ni darmadağın etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > “Qarabağ” “Zirə”ni darmadağın etdi

“Qarabağ” “Zirə”ni darmadağın etdi


Mövsümün ikinci yarısına Bakıda hazırlaşan “Qarabağ” yoxlama oyununda “Zirə” ilə qarşılaşıb.
"Azersun Arena”da baş tutan görüş “köhlən atlar”ın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0.

Komandalar ikisi 45, digər ikisi isə 25 dəqiqədən ibarət olan dörd hissə oynayıblar.

Ağdam təmsilçisinin heyətində qolları Leandro Andrade, Riçard Almeyda, Redon Cica və Nəriman Axundzadə vurublar.

Qeyd edək ki, “Zirə” qış fasiləsindən sonra ilk matçını yanvarın 22-də Premyer Liqanın XIX turu çərçivəsində “Səbail”ə, “Qarabağ” isə yanvarın 23-də “Araz-Naxçıvan”a qarşı keçirəcək.

Geri dön